İsrail Azərbaycana niyə 2 xal verdi? – Aqil Abbas
Baxıram ki, sosial şəbəkələrdə İsrailin bizə 2 xal verməsi narazılıqla qarşılanıb. İsrail 44 günlük müharibədə bizə 12 xal verib. Bu bizə bəsdir.
Xeberinmerkezi.az xəbər verir ki, bu sözləri millət vəkili, yazıçı Aqil Abbas açıqlamasında “Avroviziya”dakı səsvermə nəticələrinə münasibət bildirərkən deyib.
O, 44 günlük müharibənin nəticəsinin Avropadakı ermənipərəstləri “qane etmədiyi” üçün o yeri tutduğumuzu bildirib.
Qeyd edək ki, Azərbaycan təmsilşisi Samirə Əfəndi 65 xal toplayaraq 20-ci yer tutub. Bu il Azərbaycan ifaçısına heç bir ölkə 12 xal verməyib. 39 ölkədən yalnız 9-dan Azərbaycana xal gəlib. Azərbaycana verilən 32 bal münsif xalı belədir: Rusiya - 8, Moldova - 6, Gürcüstan - 5, Ukrayna - 3, İsrail - 2, Albaniya -2, İrlandiya - 2, İsveçrə - 2, Niderland - 2.