Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İsraildə 3, Niderlandda isə 1 ahıl şəxs koronavirusdan sağaldı

İsraildə koronavirusa yoluxmuş yaşlı insanların sağaldığı barədə məlumat yayılıb.

Xeberinmerkezi.az xəbər verir ki, Naqariya bölgəsindəki Qərbi Qaliley Tibbi Mərkəzində 91-97 yaş arasnda olan üç ahıl pasiyent sağalıb.

Məlumata görə, İsraildə qocalar evinin onlarla sakini koronavirusdan ölüb. Ölkə üzrə pandemiyadan ölənlərin sayı 79-dur.

Niderland Krallığında isə dünyanın ən yaşlı sakinlərindən biri-107 yaşlı Korneliya Ras koronavirusdan sağalıb.

Bildirilib ki, o, martın 17-də doğum gününün səhəri özünü pis hiss edib. O və Qur-Overflakk adasındakı qocalar evinin dini tədbirdə iştirak edən sakinlərinə koronavirus diaqnozu qoyulub.107 yaşlı Korneliya Ras sağalıb. Hazırkı məlumata əsasən, 12 ahıl ölüb.

Rasın qardaşı qızı Maike de Qrootun sözlərinə görə, Korneliya dərman qəbul etmir, hər gün diziüstə ibadət edir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə