Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İsrailli nazir:Türkiyəni Şərqi Aralıq dənizi Qaz Forumunda görməkdən şad olarıq

Türkiyəni Şərqi Aralıq dənizi Qaz Forumunda görməkdən şad olarıq.

Xeberinmerkezi.az xəbər verir ki, bunu İsrailin enerji naziri Yuval Steinitz ABŞ mətbuatına açıqlamasında deyib.

O bildirib ki, Türkiyə bölgədəki ən güclü faktorlardan biridir:

“Beş il bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ağ Evdə görüşdük. İsrail qazının boru kəməri ilə (Leviafan-Ceyhan) Türkiyəyə ixrac edilib-edilməyəcəyini müzakirə etdik. Hətta hər iki ölkənin Energetika nazirliklərinin rəsmiləri arasında görüş olsa da, nəticə əldə edilmədi.

İndi isə Türkiyəni Şərqi Aralıq dənizi Qaz Forumunda görməkdən şad olarıq. Bu proses ticarət əməkdaşlığı üçün çox vacibdir. Türkiyə ilə təkrar danışıqlar aparmağa və İsrail qazının bu ölkəyə ixrac olunması layihəsini müzakirə etməyə hazırıq. İsrail Türkiyəyə qapıları heç vaxt bağlamayıb”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə