İstanbulda məhkəmə binasına hücum: 3 nəfər ölüb
İstanbulda Çağlayan Ədliyyəsinin qarşısında atəş səsləri eşidilib.
Bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb.
Bölgəyə polis qüvvələri və təcili yardımlar göndərilib.
Hələ ki, hadisənin təfərrüatı bəlli deyil.
İstanbulda məhkəmə binasında silahlı insident zamanı polis əməkdaşlarına silahlı hücum edən 2 nəfər ölüb, 2-si polis olmaqla, 3 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
İstanbulda məhkəmə binasına silahlı hücum nəticəsində yaralananlardan biri xəstəxanada həyatını itirib.
Bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan ölkəsinin terrorunun bütün növlərinə qarşı mübarizəsini davam etdirəcəyini də vurğulayıb.