Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İstefası qəbul edilməyən direktor: O, bu cür işləyir

AMEA prezidenti Ramiz Mehdiyevin Tarix İnstitutu ilə bağlı səsləndirdiyi sərt tənqidddən sonra deyilənləri qərəzli və iftira sayan institut direktoru Kərim Şükürovun istefa verməsi, AMEA rəhbərliyinin isə bu istefanı qəbul etməməsi və professorun Mehdiyevlə bağlı kəskin fikirlərini davam etdirməsi cəmiyyətdə müzakirə olunur.

Bu müzakirələr fonunda Kərim Şükürovun necə alim və rəhbər olduğu haqda fikirlər da paylaşılır.

K.Şükürov haqda daha dolğun təsəvvür yaradanlardan biri də Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Səbuhi Hüseynovdur. Onun paylaşımını sosial şəbəkə istifadəçiləri bu cür ümumiləşdiriblər:

- Tarix institutuna gələndən sonra direktorun qapısı daim açıq saxlanıldı;

- Hər ay direktorun aylıq maaşı çap edilərək koridorda lövhəyə vuruldu (istənilən əməkdaş bilirdi ki, direktor nə qədər maaş alır və nə qədər vergi ödəyir);

- İnstitut işçilərinə verilən mükafatlar onun əmri ilə artıq direktor tərəfindən deyil, institut əməkdaşlarının özləri tərəfindən hər əməkdaşın gördüyü əməyə görə müəyyən edilməli oldu;

- Əvvəllər institut direktorunun otağı olmuş yer müasir texniki vasitələrlə təchiz edilərək institut əməkdaşlarının elmi şura iclasları, ümumi iclasları və magistraturada təhsil alan tələbələrin ixtiyarına verildi.

- Direktor kimi hətta kreslodan da imtina edərək əməkdaşları ilə eyni stulda əyləşdi;

- Dərhal Azərbaycan tarixi elminin konsepsiyası üzərində işləməyə başladı...

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə