İstənilən məmurun bizneslə məşğul olması olduqca ciddi qanun pozuntusudur
Hələ də sosial şəbəkələrdə SOCAR-ın Təchizat İdarəsinin rəis müavini Fuad Həziyevin barəsində maraqlı faktlar yayılmaqda davam etməkdədir.
Bildirilir ki, F. Həziyev əvvəlki SOCAR rəhbərliyi ilə yaxın münasibətləri səbəbindən böyük imkanlara malik olan məmura çevrilib.
İddia olunur ki, bu şəxs hətta o qədər var-dövlətə sahib olub ki, dövlət qurumunda yüksək post tutmasına baxmayaraq qanunsuz sahibkarlıqla da məşğul olmaqdan çəkinməyib,məlumatda o da deyilir ki, rəis müavini "MACON" MMC, "CREATE İNDUSTRY" MMC, "FİRE SAFETY CASPİAN AZERBAİJAN" MMC, "AZBEN İNŞAAT" MMC, "AZBENT LOGISTICS" MMC, "ASTRAVEL" MMC, "Ələsgərli N. F" və sair ayrı-ayrı şəxslərin adlarına olan çoxsaylı şirkətlərin sahibi olan Fuad Həziyev bunlarla kifayəıtlənməyib. İddialara görə, o, yaxın adamlarının adına qeydiyyatdan keçirilən bu MMC-lər vasitəsiylə SOCAR-ın özündən çoxsaylı tenderləri rahatlıqla "udub". Bizim bildiyimiz odur ki, qanun şahdır, şah qanun deyil! Qanunu heçə sayanlarınsa qanun qarşısında cavab verməsi sadəcə zaman məsələsidir.