İsveçrə və Braziliya növbəti mərhələdə
Bu gün Dünya Çempionatının E və F qruplarına yekun vurulacaq.
Axar.az xəbər verir ki, saat 18:00-da F qrupunda Cənubi Koreya-Almaniya və Meksika-İsveç matçı keçiriləcək. Qrupun son matçından əvvəl Meksikanın 6, Almaniya və İsveçin isə 3 xalı var. Bundestim qalib gələcəyi təqdirdə adını növbəti mərhələyə yazdıracaq.
E qrupunda isə saat 22:00-da Serbiya Braziliya, İsveçrə isə Kosta-Rika ilə qarşılaşacaq. 4 xalı olan Braziliya yığmasına 3 xala malik serblərlə qarşılaşmada heç-heçə də sərf edir. Serbiya isə növbəti mərhələyə çıxmaq üçün mütləq qələbə qazanmalıdır. 4 xallı İsveçrəyə növbəti mərhələyə çıxmaq üçün bərabərlik də kifayət edir.
***
İsveç millisi matçın 50-ci dəqiqəsində Aqustinsonun qolu ilə hesabı açdı: 1-0.
***
Qranqvist matçın 62-ci dəqiqəsində fərqi artırdı. İsveç 2-0 Meksikaya qalib gəlir.
***
Meksikalı oyunçu Alvarez matçın 74-cü dəqiqəsində avtoqola imza atdı: 3-0.
***
Kinq Yonq Cənubi Koreyanı Almaniya qarşısında matçın 91-ci dəqiqəsində irəli çıxardı: 1-0. Digər görüşdə İsveç qalib gəldi: 3-0.
***
Almaniya Cənubi Koreyaya matçın 96-cı dəqiqəsində vurulan qolla 2-0 məğlub oldu. Bununla qrupdan İsveç və Meksika millisi növbəti mərhələyə yüksəldi.
***
Braziliya Serbiyaya, İsveçrə Kosta-Rikaya qarşı mübarizəyə başlayır.
***
Cemaili matçın 31-ci dəqiqəsində İsveçrəni hesabda irəli çıxardı: 1-0.
***
Paulinyo görüşün 36-cı dəqiqəsində Braziliyanın qoluna imza atdı: 1-0.
***
Vaston görüşün 56-cı dəqiqəsində Kosta-Rikanın bərabərik qolunu vurdu: 1-1.
***
Tiaqo Silva matçın 68-ci dəqiqəsində Braziliyanı 2-0 irəli çıxardı.
***
Drmiç matçın 88-ci dəqiqəsində İsveçrəni hesabda irəli çıxardı: 2-1.
***
Kosta-Rika matçın 93-cü dəqiqəsində penaltidən hesabı bərabərləşdirdi: 2-2. Və görüş bu hesabla da yekunlaşdı. Brazliya da Serbiyaya 2-0 qalib gəldi. Bu nəticələrdən sonra Braziliya qrup birincisi kimi, İsveçrə isə ikinci yeri tutaraq 1/8 finala yüksəldi.