Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Kadırovdan həbs edilən futbolçulara gözlənilməz təklif

Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov hazırda həbsdə olan futbolçular Aleksandr Kokorin və Pavel Mamayevi “Axmat” futbol klubuna götürməyə hazır olduğunu bəyan edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Kadırov futbolçuların cinayət işinin necə yekunlaşacağının qərarına təsir etməyəcəyini bildirib.

“Mən “Axmat” klubunun rəhbərliyi ilə məsləhətləşdim. Kokorin və Mamayev azadlığa çıxacaqları gün - istər bu gün, istər də xeyli vaxt sonra komandamıza gələ bilərlər. Onlardan ulduz oyun və qollar gözləmirik. Məqsədimiz gənclərin normal həyata dönməsinə kömək etməkdir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Kokorin və Mamayev etdiklərə hərəkətə görə 2 aylıq həbs cəzasına məruz qalıblar.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə