Kalininqradda Su-30 qəzası: pilotlar öldü
Rusiyanın Kalininqrad vilayətində bu gün Su-30 təyyarəsi təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Rusiyanın Qərb Hərbi Dairəsi məlumat yayıb.
Məlumata görə, hadisə boş ərazidə baş verib. Uçuş sursatsız həyata keçirilib.
Təyyarənin ekipajının həlak olduğu bildirilir.
İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.