Kaş London Azərbaycan ərazisi olaydı - Mxitaryana etiraz
“Arsenal”ın azarkeşləri Henrix Mxitaryana əsəbiləşib.
Qol.az-ın xəbərinə görə, komandanın fanatlarının Feysbukdakı səhifələrindən birində erməni futbolçunun son vaxtlar yaxşı oynamaması səbəbindən belə bir paylaşım edilib:
“Kaş London Azərbaycanın ərazisi olaydı və Mxitaryan ora buraxılmayaydı”.
Xatırladaq ki, rəsmi Bakı Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etdiyi üçün Ermənistan vətəndaşı olan Henrix Mxitaryanın ölkəmizə girişinə qadağa qoyub. Bu səbəbdən o, 2015-ci ildə “Borussiya”da (Dortmund) oynayarkən Bakıda “Qəbələ”, 2018-ci ildə “Arsenal”la “Qarabağ”la oyuna gələ bilməyib.