Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Keçmiş məhkum Zaqatala sakinini döyərək öldürüb

Qəsdən adam öldürməkdə şübhəli bilinən K.Kərimov saxlanılaraq istintaqa təhvil verilib

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 15-də Zaqatala rayonunun Kəpənəkçi kəndi ərazisində kənd sakini Telman Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində T.Hacıyevi aralarında baş vermiş münaqişə zəminində döyərək qətlə yetirmiş şəxsin Qandax kənd sakini, əvvəllər məhkum olunmuş K.Kərimov olması müəyyən edilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən K.Kərimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə