Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Kim ölsə, onu kim əvəz edəcək? - Ölkə qarışdı

Şimali Koreya lideri Kim Çen İnin əməliyyatdan sonra səhhətinin pisləşməsi ilə bağlı iddialardan sonra ölkə mətbuatının “susması” müxtəlif fərziyyələrin yaranmasına səbəb olub.

Xeberinmerkezi.az xəbər verir ki, iddialarla bağlı açıqlama verməyən ölkə mətbuatı Kim Çenin əvvəlki açıqlamalarını və fotolarını paylaşıb.

Ölkə liderinin adı mətbuatda hallansa da, onun səhhəti və harada olması ilə bağlı məlumat verilməyib.

Artıq Şimali Koreyada Kim Çen İnin öldüyü halda onu kimin əvəz edəcəyi barədə müzakirələr də gedir.

Müzakirələrə görə, əgər övladı varsa, Kim Çeni o əvəzləyəcək. Həmin uşaq dövləti idarə edəcək yaşa gələnə qədər ölkəyə Kim Çenin bacısı Kim Yo-jonq və ona sadiq şəxslər rəhbərlik edəcək.

Hazırda Kim Çenin xələfi olaraq göstərilən ən güclü namizəd bacısıdır.

Bildirilir ki, o, son 2 ildə dövlət əhəmiyyətli tədbirlərdə iştirak edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə