Kiyev AB-nin şərtlərini bir neçə ilə yerinə yetirəcək
Ukrayna hökuməti hesab edir ki, onlar yaxın bir neçə il ərzində Avropa Birliyinə (AB) qoşulmaq üçün bütün şərtləri yerinə yetirmək iqtidarındadırlar, lakin quruma daxil olmaq üzrə yekun qərar onlardan asılı deyil.
Xeberinmerkezi.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina deyib.
“AB-yə daxil olmağın vaxtı barədə danışmayacağam, çünki bu qərarlar Ukraynadan asılı deyil. Nəzərə alsaq ki, AB ilə Assosiasiya Sazişinin və son bir ildə başa çatan marafonun həyata keçirilməsinə on il lazım olub. Ona görə də hesab edirəm ki, Ukraynanın öz öhdəliklərini yerinə yetirmək üçün cəmi bir neçə ili olacaq”, - Stefanişina bildirib.