Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Kölndə irqçi alman Vüqar Əsgərovun maşınını yandırdı

Almaniyanın Köln şəhərində bufet işlədən Azərbaycan vətəndaşı Vüqar Əsgərov irqçi almanla mübahisə edib. Nəticədə alman onun avtomobilini yandırıb.

Türkiyə mediası  xəbər verir ki, Vüqar Əsgərov həmin almanın kafedə özünü yaxşı aparmadığını və başqa müştəriləri narahat etdiyini deyib. Nəticədə o, həmin şəxsdən kafeni tərk etməyi xahiş edib. “Bundan qəzəbləndi, məni təhdid etməyə başladı. “Sən kimsən ki, məni Almaniyadan qovursan?” dedi. Çölə çıxdı, yan tərəfdəki qəhvəxananın qarşısında da adamlar vardı, bütün miqrantlara “hamınız ölkənizə dönün” deyə qışqırdı, söydü, təhdid etdi”,-Əsgərov danışır.


Aqressiv almanı sakitləşdirməyə çalışdıqlarını, amma buna nail ola bilmədiklərini deyən Vüqar Əsgərov daha sonra bildirib: “Avtobus şoferi polis çağırmalı oldu. Gələn polislərin yanında da eyni şeyləri etdi. “Bu, azərbaycanlıdır, Azərbaycana geri dönməlidir, miqrantlar ölkələrinə dönməlidir, burada qalmamaları lazımdır. Bunlar gəlib bizim ölkənizdə bizə qadağa qoyurlar”.

Əsgərov deyib ki, şəxsin bu davranışlarına baxmayaraq polis ona qarşı heç nə etməyib. “Daha sonra gəlib iş yerimin divarına “Nasist donuzları” yazıb ox işarəsi çəkdi. Yenə polis çağırdım, görüntüləri göstərim. Qadağa qoymağıma baxmayaarq gəlib bura yazı yazır dedim. Söz verirlər ki, nəsə edəcəyik, amma etmirlər”,- bildirib.

Bir həftə əvvəl isə həmin alman Vüqar Əsgərovun avtomobilini yandırıb. Onun dediyinə görə, şəxs hazırlıqlı gəlib, çantasında benzin gətirib. İki şüşədən birində benzin olub, digər boş şüşə ilə maşının şüşəsini sındırıb. “Yanından keçənlər də heç bir reaksiya verməyib, onu dayandıra bilərdilər, dayandırmayıblar”,-o deyib.


Aqressiv alman benzin töküb azərbaycanlının avtomobilini yandırıb. “Daha əvvəl də buranı məhv edəcəyini deyirdi. Məqsədi kafeni yandırmaq idi. Avtomobildən başlayır, çünki avtomobil yanarsa kafe də yanar. Polisə görüntüləri verdik, nəticə yoxdur, gözləyirik...”,-Əsgərov bildirib.

Virtualaz.org

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə