Krımda partlayış: Aerodrom darmadağın oldu
Krımın Novofedorovka rayonundakı aerodromda partlayış baş verib.
Bu barədə Novofederovka kənd icmasının rəhbəri Sergey Rossolovski məlumat verib.
“Aerodrom ərazisində partlayış səsləri eidilib. Məlumatlar dəqiqləşdirilir”, - Rossolovski bildirib.
***
Rusiya Teleqram kanallarının məlumatına görə, aerodrom darmadağın edilib.
Partlayış baş verən əraziyə çoxlu sayda təcili tibbi yardım maşını yollanıb.
Aerodromda 10-dan çox partlayışın olduğu bildirilir. Partlayışın dalğası o qədər güclü olub ki, Novofedorovkadan 20 km aralıda yerləşən yaşayış evlərinin pəncərələri silkələnib, avtomobillərin siqnalizasiyası işə düşüb.
Aerodromda baş verən partlayış nəticəsində bir nəfər ölüb.
Krımda rusların hərbi aerodromuna 6 raket zərbəsi endirilib.
Bu barədə "Radio Svoboda" məlumat yayıb.
Məlumata görə, 43-cu aviasiya qırıcı alayı yerləsirmiş. Yevpatoriyanin Novofedirevka qəsəbəsində yerləşən və əsasən Su-30 , Su-33 və Su-24М bombardmançı təyyarələrlə təhciz olunmuş alay Nikolayev və Odessa üçün təhlükə mənbəyi sayılırdı. 20-yə yaxın təyyarənin sıradan çıxarıldığı bildirilir.