Kürdə azyaşlı batdı: köynəyi sahildə tapıldı
Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlı batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
***
Kür çayının Şirvan şəhər ərazisindən keçən hissəsində batdığı ehtimal edilən 2010-cu il təvəllüdlü Yusif Ramil oğlu İsgəndərovun axtarışları davam edir.
Artıq bir neçə saatdır FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc axtarış qrupu tərəfindən axtarışlar aparılsa da, hələ bir nəticə yoxdur.
Şirvan sakini olan azyaşlının köynəyi Kür sahilində tapıldığından onun çayda batdığı ehtimal edilir.
Faktla bağlı aidiyyati qurumlar tərəfindən araşdırmalar aparılır.