Kəlbəcərdə ağır qəza: Hərbçimiz həlak oldu - Rəsmi
Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
i, Hadisə rayonun Qozlukörpü kəndi ərazisində baş verib.
Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub.
Hadisə nəticəsində minik avtomobilində olan beş nəfər xəsarət alıb. Onların hərbçi olduğu bildirilir. Yaralılar hospitala yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Fuad Cəlal oğlu Əhmədov vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçularımız həkimlərimizin nəzarəti altındadır.
"Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır", - MN-dən bildirilib.
***
Kəlbəcər rayonunda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında zərərçəkənlərin kimliyi müəyyənləşib.
Xəsarət alan hərbi qulluqçularımız:
Elvin İxtiyar oğlu Nəsibov
Xəzər Hilal oğlu Vəzirzadə
Mehman Cəfərqulu oğlu Babayev
Müslüm Mürsəl oğlu Novruzov