NATO Rusiya sərhədlərinə hərbi texnikanı çəkir. “RİA Novosti” xəbər verir ki, bu barədə xarici işlər naziri Sergey Lavrov braziliyalı həmkarı Karlos Alberto Franko França ilə keçirdiyi mətbuat konfransında bildirib.
“NATO ölkələrinin, o cümlədən Amerika və Britaniyanın müvafiq bölmələri və hərbi texnikası sərhədlərimizə daha yaxın yerləşdirilir. Ukraynanın özündə, Donbassdakı təmas xəttində getdikcə qərb təlimatçılarının dəstəyi ilə daha çox qüvvə və vasitə toplanır”, - deyə o bildirib.
Diplomatın fikrincə, qərb ölkələri anti-Rusiya hərəkətləri ilə Kiyevi də həvəsləndirir və bu, “hərbi avantüralara gəlib çıxarda bilər”. “Bütün bunlar Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid yaradır. Prezident Putin bu barədə noyabrın 18-də nazirliyin genişləndirilmiş kollegiyasında çıxış edib. Və o vurğulayıb ki, bizə münaqişələr lazım deyil”, - Lavrov bildirib.
O əlavə edib ki, alyans və onun müttəfiqləri Moskvanın bu səylərə münasibətini “yaxşı bilirlər”.