Lukaşenko avtomatla silahlanmasının səbəbini açıqladı
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya mediasına müsahibəsində bir müddət əvvəl iqamətgahında avtomatla görünməsinin səbəbini açıqlayıb.
Xeberinmerkezi.az xəbər verir ki, dövlət başçısı “ürəyinin səsi” ilə bunu etdiyini bildirib.
“Qəlbimin səsi” idi. Bəlkə də daha az cuşa gəlsəydim, bunu etməzdim. Lakin bu "qəlbin səsi" heç yerə getməyəcəyimi, Belarusu heç kimə verməyəcəyimi göstərdim. Bunu həm dəstəkçilərimə, həm də rəqiblərimə göstərdim”, - deyə prezident bildirib.