Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Maestro Niyazinin əziz xatirəsinə həsr olunmuş “Həyat musiqidir” adlı konsert proqramı keçirilib

 06 October 2017

4 oktyabr Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət kanalının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli dirijor, musiqi ictimai xadim, maestro Niyazinin əziz xatirəsinə həsr olunmuş “Həyat musiqidir” adlı konsert proqramı baş tutub. Konsertdə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrinin müşayiətilə əməkdar artist Gülnaz İsmayılovanın ifasında həm Qərbi Avropa,  həm də Azərbaycan bəstəkarlarının əsərləri səslənib.

Gecədə Azərbaycan musiqi ictimaiyyətinin görkəmli nümayəndələri də  - Ü.Hacəbəyli adına Bakı Musiqi Akademiyasının ektoru Fərhad Bədəlbəyli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, əməkdar incəsənət xadimi Telman Hacıyev, xalq artisti Yusif Axundzadə və başqaları iştirak etmişdir.

4 oktyabr Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət kanalının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli dirijor, musiqi ictimai xadim, maestro Niyazinin əziz xatirəsinə həsr olunmuş “Həyat musiqidir” adlı konsert proqramı baş tutub. Konsertdə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrinin müşayiətilə əməkdar artist Gülnaz İsmayılovanın ifasında həm Qərbi Avropa, həm də Azərbaycan bəstəkarlarının əsərləri səslənib.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə