Mehriban Əliyeva Lahıcda
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Lahıca gedib.
Xeberinmerkezi.az xəbər verir ki, o bu barədə İnstaqram hesabında məlumat paylaşıb.
“Qədim Lahıc – sənətkarlar, bacarıqlı, istedadlı, qonaqpərvər, gözəl insanlar şəhəri! Bu bərəkətli diyara hər gəlişim mənə unudulmaz təəssüratlar bağışlayır! Lahıcın bütün sakinlərinə səmimi mehribanlığa və qonaqpərvərliyə görə təşəkkür edirəm!” – o qey edib.