Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Meksikada kriminal mövzudan yazan jurnalistin başı kəsilib


Meksikada “Diario el Mundo” qəzetinin jurnalisti Xulio Valdivia Rodriges Verakrus ştatında qətlə yetirilib.

Bu barədə qəzetin “Twitter” səhifəsində məlumat yayılıb.

Beynəlxalq hüquq müdafiə təşkilatı “Article 19”un açıqlamasında qeyd olunur ki, bu 2020-ci ildə Meksikada jurnalistlərin peşə fəaliyyəti ilə əlaqədar dördüncü qətl hadisəsidir.

Yerli mətbuat orqanlarının məlumatına əsasən, kriminal mövzuları işıqlandıran jurnalistin başsız bədəni Verakrus ştatının dağlıq ərazisində yerləşən dəmir yolu yaxınlığında aşkar edilib. 

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə