Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Merkel Məsud Özil haqda: Əgər belə deyirsə...

Əgər kimsə "bu toplumda mənə yaxşı münasibət göstərmirlər" deyirsə, bunu ciddiyə almaq lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel Almaniya televiziyasına müsahibəsində deyib.

"İstər Məsud Özil olsun, istərsə də başqası, bu barədə narazılığını ifadə edən varsa, tədbir görmək lazımdır. Bunları oturub müzakirə etmək, problemləri yoluna qoymaq üçün səy göstərmək vacibdir", - Merkel bildirib.

Qeyd edək ki, Almaniya millisinin türk əsilli yarımmüdafiəçisi Məsud Özil irqçi təzyiqlərə görə milli komandadan ayrıldığını açıqlamışdı.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə