Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Mirqafar Seyidov vəzifəsindən azad edildi

Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub.

Yerli KİV-lər xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.

V.Eyvazovun digər əmri ilə o, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Bakı Şəhər Baş Polis İdarəsinə hələlik rəis təyinatı olmayıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə