MMA çempionunu Moskvada döydülər
Moskvanın Bibirevo rayonunda üç nəfər şəxs MMA (Qarışıq döyüş sənətləri) çempionu Dmitriy Kuznetsovu döyüblər.
Görüntülər “Twitter”də yayımlanıb.
Tanınmış döyüşçü görüşdüyü qadını avtomobildən düşürəndən sonra bir neçə şəxs ona sataşıb. Döyüşçü bacarıqlarına güvənən D.Kuznetsov çağırışı qəbul edərək, üç nəfərlə əlbəyaxa davaya çıxıb.
Ciddi bədən xəsarətləri almayan keçmiş çempion hüquq-mühafizə orqanlarına müraciət etməyi lazım bilməyib.