Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

MTRŞ müğənninin yalanını açdı – Rüfət isə...


Bir neçə gün əvvəl Speys TV-də Rüfət Axundov və həmkarı Rəşad İlyasovun qonaq olduğu “Hər səhər” verilişində R.Axundovun söyüş söyməsini əks etdirən video yayılıb.

Kult.az xəbər verir ki, R.Axundov fonoqramla mahnı oxuyarkən səs rejissoru mikrofonları bağlamağı unudub. Həmin an Rəşad və Rüfət qeyri-etik ifadələr işlədib və həmin səs efirə gedib.

Videonun sürətlə yayılmasından sonra R.Axundov şəxsi İnstaqram səhifəsində video paylaşaraq, görüntünü montaj adlandırıb:

“Kimsə düşmənçiliklə və ya zarafatla edibsə, yaxşı da alınmayıb. Məni tanıyanlar tanıyır ki, heç bir qalmaqalda yoxam. Bunun arxasınca getmək fikrim də yoxdur. Mən mahnımı oxumuşam, fonoqram gedib. Kimsə götürüb üstünə söyüş qoyubsa, ayıb olsun”.

Sözügedən qalmaqaldan sonra Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) “Space” televiziyasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edib, iş məhkəməyə göndərilib. Bundan əlavə, MTRŞ bu gündən etibarən R.Axundova efir qadağasının tətbiq edilməsi ilə bağlı telekanallara şifahi xəbərdarlıq edib.

"Hər səhər" verilişində yaşanan qalmaqala görə ötən gün səs rejissoru Etibar Mustafayev işdən uzaqlaşdırılıb. Teleqraf.com-un məlumatına görə, bu gün də verilişin aparıcısı Anar Vaqifoğlu efirə buraxılmayıb. Onun əvəzinə verilişi əməmkdar artist Çingiz Əhmədov aparıb.

Report-a açıqlama verən Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev isə bildirib ki, R.Axundovun özünə bəraət qazandırmaq üçün mətbuata təqdim etdiyi görüntüləri özü montaj edib. MRTŞ rəsmisinin sözlərinə görə, bu məsələdə əsas günah efirin səs rejissorunda olub.

Məsələ ilə bağlı R.Axundovla əlaqə saxlasaq da, danışmaq istəmədiyini dedi:

“Sözümü İnstaqramda paylaşdığım videoda demişəm. Əlavə heç bir şey söyləmək fikrim yoxdur”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə