Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Müasir İpək yolu tur layihəsi mədəni və iqtisadi əlaqələrin inkişafına təkan verəcək

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) gələn aydan etibarən müasir İpək yolu tur paketinə start verir.

Turizm sahəsində əməkdaşlıq çərçivəsində həyata keçiriləcək tur paketə Türkiyədən başlayaraq Azərbaycan, Qazaxıstan və Türkmənistana səfərlər daxildir.

Aprelin 21-də media təmsilçilərindən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, hər ölkədən turizm şirkətlərinin nümayəndələrindən ibarət ilk sınaq turu başlayıb.

Aprelin 27-də Bakıda sınaq paketin təqdimat mərasimi keçirilib.

Mərasimdə çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndəsi Pelin Musabay bildirib ki, turizm sahəsində əməkdaşlıq razılaşması dörd ölkə başçısının 2014-cü ildə Bodrum görüşündə əldə olunub. Layihə üzərində 3 ilə yaxın müddətdə iş aparılır. İlk sınaq turu mayın 5-də başa çatacaq. Dörd ölkəyə 14 gün ərzində səfər ediləcək və paketin qiymətinin təyyarə xərcləri istisna olmaqla 2 min 600 dollar olması nəzərdə tutulur. Layihə gəlir layihəsindən çox bu ölkələrin dünyaya, bir-birlərinə tanıdılması, İpək yolu xəttinin təbliği xarakteri daşıyır.

Həmçinin bu layihə çərçivəsində turizm və iqtisadiyyat sahəsində əməkdaşlıqlar artacaq. Tur İstanbuldan başlayır və Qazaxıstanda başa çatır. 2023-cü ilə kimi 1 milyondan çox turistin bu paketdən yararlanması nəzərdə tutulur.

Daha sonra çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov gələn aylardan bu paketin turistlərə təqdim ediləcəyini bildirib. O qeyd edib ki, layihə mədəni və iqtisadi əlaqələrin inkişafına təkan verəcək.

“a La Carte Travel” şirkətinin baş direktoru Nəsib Usubov layihənin əhəmiyyətindən danışıb, gələn aydan başlanılacaq bu layihənin türkdilli ölkələr arasında mədəni, turizm və iqtisadiyyat sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcəyini bildirib.

Mətbuat konfransında, həmçinin Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan iştirakçılar layihənin əhəmiyyətini vurğulayıb, onun gələcəkdə də uğurla həyata keçiriləcəyinə əminliklərini ifadə ediblər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) gələn aydan etibarən müasir İpək yolu tur paketinə start verir.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə