Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində
Müdafiə Nazirliyi Xankəndi üzərində Ermənistana məxsus “qırıcı” təyyarələrin uçuşlar keçirməsi ilə bağlı xəbərə münasibət bildirib.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün bəzi yerli elektron informasiya vasitələri guya Xankəndi üzərində Ermənistana məxsus “qırıcı” təyyarələrin uçuşlar keçirməsi ilə bağlı erməni mətbuatının yaydığı xəbəri tirajlayıb.
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunlarının radiolokasiya stansiyaları ölkəmizin havaməkanını, o cümlədən Xocalı aeroportunu daim nəzarətdə saxlayır, hərəkət edən bütün aviasiya vasitələri izlənilir və istənilən uçuşların marşrutları barədə məlumatlar dərhal avtomatik rejimdə HHQ-nin Komanda Məntəqəsinə ötürülür: "İyunun 16-sı və 17-də xüsusi vasitələrlə çəkilmiş Xocalı aeroportunun foto və video görüntülərində hər hansı bir qırıcı təyyarənin olması müşahidə edilmir. Uçuş-eniş zolağı yaxınlığında köhnə istehsal olan, uzun müddət uçuşlara cəlb edilmədən orada saxlanılan 1 ədəd L-39 təlim, 2 ədəd Yak-52 təlim-məşq, 1 ədəd CH-701 yüngül gəzinti təyyarələri və çoxməqsədli Mi-8 helikopteri müşahidə olunur. Bu kimi təxribat xarakterli məlumatlar düşmən tərəfindən məqsədyönlü surətdə yayılmaqla cəbhə xəttində vəziyyəti gərginləşdirməyə yönəlib və yerli kütləvi informasiya vasitələrinin Ermənistanın belə informasiya avantüralarına reaksiya verməmələrini xahiş edirik".
27.04.2025 Ukraynadan Rusiyanın Kurskla bağlı bəyanatına - Reaksiya
27.04.2025 Pezeşkian AzTV-yə müsahibə verib
25.04.2025 Prezident Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində...
25.04.2025 Moskvada partlayıçda general öldürülüb
25.04.2025 Əvəz Zeynallı azadlığa buraxılıb
24.04.2025 Tramp haqlıdır, amma Krım Rusiyaya verilsə… - Ekspert
24.04.2025 Əliyevin Çinə səfərinə Rusiyadan - Sensasion baxış
24.04.2025 Pezeşkianın Bakı səfərinə qarşı İsrailin həmləsi
24.04.2025 İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verdi
24.04.2025 13 nömrəli musiqi məktəbinin şagirdləri Azərbaycanı Türkiyədə təmsil ediblər
24.04.2025 Zəngəzuru açmayın, bu virusu canımıza salmayın - Rədd edin!
23.04.2025 “Melissa Group”un rəhbəri və əməkdaşı barədə qərar verildi
23.04.2025 Pezeşkian Bakıya bu tarixdə gəlir – Təsdiqləndi
22.04.2025 Guya uşağı gözləyirlər, məktəbin həyətində qeybət qırırlar - Ekspert
22.04.2025 Ağadadaş Ağayev qalmaqaldan sonra: Gecələr yatmıram…
22.04.2025 İdeal təzyiq ölçüsü 120/80 deyilmiş - Xəbərdarlıq
22.04.2025 Hidayət Heydərov heyətdən çıxarıldı
22.04.2025 Türk ölkələri Lefkoşada toplanır: Üç ölkənin Kipr qərarı...
22.04.2025 Berlin Türkiyəyə qadağa qoydu – İmamoğlu çağırış etdi
22.04.2025 Bu şəxslərə 2500 manat veriləcək - Sərəncam