Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Müəllim olmaq istəyənlərin nəzərinə: Nəticələr göndərildi

Fevralın 5-18-də keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən bildirilib ki, onlayn müsahibələrdə iştirak edən 2 min 912 namizəddən 2 min 715-i müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı qazanıb.

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti müsahibələrin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək. Həmçinin, onlayn müsahibə mərhələsində uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə