Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
02.04.2017

Müəllimlərin işə qəbulu üzrə elektron sınaq imtahanı keçirilib

2-də Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi işə qəbul olmaq istəyən müəllimlər üçün elektron sınaq imtahanı təşkil edib.Aprelin 

Sınaq imtahanı Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində keçirilib. İlk dəfə keçirilən sınaq imtahanında Bakı və Sumqayıt şəhərləri daxil olmaqla, respublikanın 13 bölgəsindən müəllim olmaq istəyən 200-ə yaxın namizəd iştirak edib.

Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitdikdə dərhal öz nəticələrini görmək imkanına malikdir.

Sınaq imtahanında 13 fənnin hər biri üzrə ən çox bal toplamış 1 nəfər Təhsil Texnologiyaları Mərkəzi tərəfindən ödənişsiz olaraq müəllimlərin işə qəbulu üçün hazırlıq kurslarına qəbul ediləcək.

Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi elektron sınaq imtahanlarına olan böyük marağı nəzərə alaraq, imtahanları ayda 2 dəfə keçirməyi planlaşdırır. Növbəti elektron sınaq imtahanı aprelin 16-da keçiriləcək. Gələcəkdə sınaq imtahanlarının regionlarda da təşkil olunması nəzərdə tutulur.

Sınaq imtahanlarına yazılmaq üçün Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə müraciət etmək mümkündür.

2-də Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi işə qəbul olmaq istəyən müəllimlər üçün elektron sınaq imtahanı təşkil edib.Aprelin
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə