Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Müsavat patiyasının qərargahından oğurluq edən saxlandı


Müsavat patiyasının qərargahından 2500 manat dəyərində iki ədəd kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Baş Polis İdarəsinin mətbuat xidmətindən yerli KİV-ə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunan, 1994-cü il təvəllüdlü Toğrul Babayev saxlanılıb. Oğurlanan əmlak maddi sübut kimi aşkar olunaraq götürülüb. 

Cinayət əməlində şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə