Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Məşhur aktyor bir çanta narkotiklə saxlanıldı



"Тriqqer" və "Kаmenskaya" seriallarındakı rolları ilə tanınan aktyor Anatoli Rudenko Moskvada narkotiklə saxlanılıb.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə yerli Teleqram kanalları məlumat yayıb.

41 yaşlı sənətçinin olduğu taksi yol polisi əməkdaşları tərəfindən yoxlama üçün saxlanılıb.

Yoxlama zamanı avtomobildən bir çanta narkotik tapılıb və bunun aktyora məxsus olduğu anlaşılıb.

Aktyor özü narkotiki itini gəzdirərkən təsadüfən tapdığını iddia edib və çantanın ovçuların olduğunu düşünərək onu götürdüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə