Məşhur iş adamı Rəhman Xəlilov təkzib etdi, OMON basqın təşkil etməyib
Rusiyanın neft məhsullarını daşıyan “Railgo” şirkətində axtarışlar aparılması dezinformasiyadır və həqiqəti əsla əks etdirmir. Belə olan halda isə, görəsən, bu yanlış informasiyaların məqsədyönlü şəkildə tirajlanması kimə lazımdır? Hansı ki hazırda Rusiya-Azərbaycan münasibətlərində gərginliyin yaşandığı bir vaxtda belə yanlış xəbərlərin yayılması birmənalı olaraq, onsuz da, iki ölkə arasında mövcud arzuolunmaz münasibətləri daha da qızışdırır. Jurnalist həmkarlarımızın diqqət və nəzərinə çatdıraq ki, Rusiyada təkcə oliqarxlar yaşamır, əksinə, orada yaşayıb işləyən əksər çoxluq azərbaycanlılar sadə iş adamlarıdır. Təsəvvür edin, hər belə həqiqəti əks etdirməyən xəbərlər onlara və Azərbaycanda yaşayan ailələrinə necə təsir edir. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən isə, unutmayaq ki, Rusiyada yaşayan bütün azərbaycanlı iş adamlarına, həmçinin Rəhman Xəlilova aid bu informasiyalar onların istənilən halda peşəkar fəaliyyətinə xələl gətirə bilməsə də, yenə də bu arzuolunan hal deyil.
Qeyd edək ki, “Railgo” əslən azərbaycanlı olan Rəhman Xəlilova məxsusdur. Şirkət neft məhsullarının Qara dəniz vasitəsilə, o cümlədən Azərbaycandan daşınması ilə məşğuldur. Rəhman Xəlilov azərbaycanlı iş adamı İsgəndər Xəlilovun oğludur. Rusiyada sözügedən iş adamının ofisinə basqının təşkil olunmasına gəlincə isə, Rəhman Xəlilov öz video müraciətində də qeyd edib ki, bütün bu deyilən xoşagəlməz hallar həqiqəti özündə əks etdirmir və yalandır. O bildirib ki, ümumiyyətlə, bizim ofisimizdə hər hansı axtarış da aparılmayıb.
Bu video müraciəti təqdim edirik:
VİDEO MURACİET - REHMAN XELİLOV