Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Mətbuat Şurasının seçki qabağı və seçki günü apardığı monitorinqin nəticələrini acıqlayıb

Mətbuat Şurasının seçki qabağı və seçki günü apardığı monitorinqin nəticələrini acıqlayıb. “KİV-nin prezident seçkisini işıqlandırarkən Azərbaycan Konstitusiyası, Seçki Məcəlləsi, KİV haqqında qanun, jurnalistlərin peşə etikası kodeksindən irəli gələn tələblərə riayət edildiyi  bildirilib. Milli QHT forumu da seçkilərlə bağlı müşahidə missiyasının rəyini açıqlayıb.

“Azərbaycan mediası seçkilərlə bağlı bütün posesləri, istər təşviqat kampaniyasını, istərsə də seçki prosesini əvvəlkilərlə müqayisədə daha peşəkar şəkildə yayımlayıb”. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov keçirdiyi mətbuat konfransında dedi. O,  Mətbuat Şurasının əsasən təbliğat xarakterli materialların monitorinqini apardığını diqqətə çatdırdı. Onun sözlərinə görə, təbliğat xarakterli 1051 material yayımlanıb.  Martın 19-dan aprelin 10-a kimi olan təşviqat kampaniyasında tərəfsizlik qorunub.  Hətta  "sükut günü"ndə  heç bir kütləvi informasiya vasitəsində qanun pozuntusuna rast gəlinməyib. Əflatun Amaşov  “KİV-lər prezident seçkisini işıqlandırarkən Azərbaycan Konstitusiyası, Seçki Məcəlləsi, KİV haqqında qanun, jurnalistlərin peşə etikası kodeksindən irəli gələn tələblərə riayət edildiyini  bildirdi. 

Mətbuat Şurasında prezident seçkiləri ilə əlaqədar “qaynar xətt” fəaliyyət göstərib. Paytaxtda və ölkənin müxtəlif bölgələrindəki seçki məntəqələrində olan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri də parlament seçkisində jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar. “Prezident seçkilərini, Milli Qeyri Hökumət Təşkilatları Forumu tərəfindən 590 müstəqil müşahidəçi izləyib. Səsvermə bitdikdən sonra isə qurumun müşahidə missiyası rəy verərək bildirib ki, seçki, demokratik, şəffaf və ədalətli keçirilib”. Bu barədə prezident seçkilərinin nəticələri  ilə bağlı Milli Qeyri Hökumət Təşkilatları Forumunun keçirdiyi mətbuat konfransında məlumat verildi.

Sonda seçkilərlə bağlı Milli QHT Forumunun ilkin bəyatı oxundu. 

Mətbuat Şurasının seçki qabağı və seçki günü
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə