Nayrobidə polis karantin qaydalarını pozan uşağı güllələdi - FOTO
Koronavirus epidemiyası ilə əlaqədar tətbiq olunan komendant saatında polis onları eyvandan izləyən uşağı güllələyib.
CNN-in məlumatına görə, dəhşətli hadisə Keniyanın paytaxtı Nayrobidə qeydə alınıb.
Bildirilir ki, uşaq xəstəxanada qan itkisindən ölüb.
Məlumata görə, oğlan bacısı ilə eyvana çıxaraq polisləri müşahidə etməyə başlayıb. Hüquq mühafizəçiləri əvvəlcə uşağın üzünə fanar tutublar, sonra isə atəş açmağa başlayıblar.
Güllələrdən biri uşağın qarın nahiyəsinə dəyib. Qonşular onu xəstəxanaya aparsalar da, yarası ağır olduğundan oğlanı xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Keniyada komendant saatı dövründə polislərə atəş açmaq icazəsi verilib.
“Amnesty International” təşkilatının məlumatına görə, komendant saatı tətbiq olunandan bəri ölkədə 16 nəfər güllələnərək öldürülüb.