Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Nazir müavini Ədalət Vəliyev İranda səfərdədir

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti İranda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsinə dair danışıqların aparılması, həmçinin tədbirlərin keçiriləcəyi məkanlara baxış keçirilməsi məqsədilə İranda səfərdədir. 2017-ci ilin 24 aprel tarixində nümayəndə heyəti Tehranda yerləşən "Vəhdət" konsert salonu, İranın İncəsənət Akademiyası və Milli kitabxanada oldular. Mədəniyyət obyektlərinin rəhbərləri tərəfindən məkanların texniki imkanları və ümumi fəaliyyəti barədə məlumat verildi.

Keçirilən danışıqlar zamanı nazir müavini Ədalət Vəliyev tərəfindən həmin müəssisələr ilə Azərbaycanda yerləşən mədəniyyət müəssisələri arasında əməkdaşlığın qurulmaslnın vacibliyi vurğulandı, fikir mübadiləsi aparıldı. Bu məkanların Mədəniyyət Günlərinin açıllş mərasimi, həmçinin Mədəniyyət Günləri çərçivəsində keçirilməsi nəzərdə tutulan Azərbaycanın mədəniyyəti və turizm imkanlarını əks etdirəcək sərgi, kitab və foto-sərgi, İranın aparıcı turizm şirkətləri ilə görüş və ölkəmizin turizm potensialına dair təqdimat, Azərbaycan kinematoqrafının istehsalı olan filmlərinin bir həftə ərzində nümayişi və teatr tamaşasının göstərilməsi ilkin olaraq qərara alındı.

Həmin gün Nazir müavini Ədalət Vəliyev ilə İranın İslami Mədəniyyət və Əlaqələr Təşkilatının Sədri Abuzər İbrahimi, İncəsənət Akademiyasının rektoru Əliyyə Müəllim və digər rəhbər şəxslər arasında görüş keçirildi.

Görüşdə ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın gələcək perpektivləri müzakirə edildi. Görüşlər İsfahan və Təbriz şəhərlərində davam etdiriləcək.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti İranda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsinə dair danışıqların aparılması, həmçinin tədbirlərin keçiriləcəyi məkanlara baxış keçirilməsi məqsədilə İranda səfərdədir.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə