Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Nazirlikdən kitab guşəsində İran bayrağına - Reaksiya


7-ci Bakı Beynəlxalq Kitab Sərgisində İran səfirliyi ilə yanaşı İran Mədəniyyət Mərkəzi də təmsil olunub. Qeyd edək ki, ölkələr beynəlxalq sərgilərdə iştirak etdiyi zaman öz ölkəsinin bayrağını da nümayiş etdirir. O cümlədən də bizim sərgidə İran, Kolumbiya, İndoneziya, Özbəkistan kimi ölkələrin stenddə bayraqları nümayiş olunub.

Bu sözləri Kult.az-a açıqlamasında Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadə Bakıda keçirilən 7-ci Beynəlxalq Kitab Sərgisində Nizami Gəncəvi guşəsində Azərbaycan bayrağı ilə bərabər İran bayrağının da asılmasının səbəbi haqda danışarkən deyib.

O bildirib ki, sərgi ümumilikdə Nizami Gəncəvinin 880 illiyinə həsr olunub və orada İran stendində Nizami Gəncəvinin portreti önündə Azərbaycan bayrağı ilə bərabər İran bayrağının da qoyulması adi qaydadır:

“Burda hər hansı məna axtarmaq lazım deyil. Bir çox nəşriyyatların stendində də Nizami Gəncəvinin plakatları əks olunub”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə