Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Neft bahalaşdı: proqnozlar stabillik vəd etmir


Bu gün “Brent” markalı neftin qiyməti 0,24 faiz artım nümayiş etdirərək, 80,57 dollara qalxıb.

Oxu.Az xəbər verir ki, bu, bir ay əvvəlki qiymətdən 2,72% bahadır, yəni 78,44 dollardan yüksəkdir.

Amma iki həftə bundan əvvəl neftin 84.96 dollara satıldığını da unutmayaq. 

Gələn həftə üçün rusiyalı ekspertlərin proqnozları hazırkı rəqəmdən çox da fərqlənmir və qiymətlərin 1 barel üçün 76-80 dollar arasında dəyişəcəyi ehtimal edilir. 

Yaxın perspektiv üçün neftin 100 dollara qədər bahalaşmasını gözləyənlər çoxdur. Uzunmüddətli perspektiv üçün proqnozlara gəlincə, analitiklər stabillik gözləmirlər. Çünki ABŞ-ın Çinə qarşı iqtisadi müharibəsi nəticəsində Çin iqtisadiyyatının zəifləməsi davam edir, deməli, dünyanın ən böyük neft alan ölkəsi tələbatını azaldacaq, halbuki neft hasilatı artır.

Üstəlik, böyük neft ölkələrində stabillik yoxdur: İran və Səudiyyə Ərəbistanı arasında münaqişə davam edir, Suriyada isə müharibə bitməyib.  

Amma nəzərə alaq ki, eyni problemlər bir il əvvəl də vardı. Ona görə də ötən bir ildə neftin qiymətinin dəyişməsi tendensiyasını 2019-cu ildə də gözləmək olar. 

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə