Nensi Pelosi artıq Tayvandadır
ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Tayvanın hava məkanına daxil olub.
Xəbərin Mərkəzi az “Flight Radar 24” resursuna istinadən xəbər verir ki, siyasətçinin təyyarəsinin Tayvanın paytaxtı Taybeydə enəcəyi gözlənilir.
Çin Tayvan boğazı istiqamətində Su-35 qırıcıları göndərib.
Nensi Pelosinin olduğu təyyarə Tayvanın paytaxtı Taybeyə eniş edib.
Onun təyyarəsini ABŞ qırıcıları müşayiət edib.
Tayvanın paytaxtı Taybeyin Sunşan hava limanında ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosini qarşılama mərasimi keçirilib.
Məlumata görə, 82 yaşlı siyasətçini Tayvan rəsmiləri qarşılayıb.