Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Nikoldan Qarabağ açıqlaması: Bu, mənim səhvimdir ki...

Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımaqdan başqa imkanı yox idi.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“44 günlük müharibənin qarşısını almaq üçün nə lazım idi? Lazım idi ki, biz Qarabağ məsələsinin həllinə dair öz təsəvvür etdiyimiz legitimliyi (vaxtilə işğal edilmiş Azərbaycan bölgəsinin “müstəqilliyi”nin tanınmasını nəzərdə tutur – red.) Qarabağ probleminin beynəlxalq legitimliyi ilə uzlaşdıraq. Amma bu, praktik olaraq mümkün deyildi. Bu təsəvvürləri həyata keçirmək mümkün deyildi, çünki ilk addımda biz qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, başqa variant yox idi. Əgər düşünürsünüzsə ki, biz bunu 2018-2019-cu illərdə edə bilərdik, bəli, elədir, bu, mənim səhvimdir ki, etməmişəm”, - o qeyd edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR