Qazaxıstan prezidenti Nursultan NazarbayevAzərbaycan prezidenti İlham Əliyevə Bakıdakı Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar başsağlığı verib.
APA-nın Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məktubda deyilir:
“Qardaş Azərbaycan xalqının dərdini bölüşür, öz adımdan və Qazaxıstan xalqı adından ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm”, -deyə başsağlığında qeyd edilir.
N. Nazarbayev hadisə nəticəsində xəsarət alan şəxslərin tezliklə sağalmasını arzulayıb.