Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Nuru Paşanın adına park salındı 




 İstanbulda Nuru Paşanın adına salınmış parkın açılışı olub.

Bakının işğaldan azad edilməsinin 99-cu ilində Qafqaz islam ordusu komandanı Nuru Paşanın şərəfinə İstanbulda onun adını daşıyan park açılıb. 

Qeyd edək ki, Nuru  Paşa (Nuri Killigil) Türkiyə silah sənayesinin iki qurucusundan biri sayılır. Nuru  Killigil parkı da Bakını xilas edən Türk generalının məhz sahibi olduğu həmin silah zavodunun yerində salınıb. Silah zavodunda 2 mart 1949-cu ildə baş vermiş partlayış nəticəsində Nuru Paşa və zavodun  27 əməkdaşı şəhid olublar. 

İstanbulun Haliç körfəzinin Südlücə sahilində salınan parkın bu gün açılış mərasimi keçirilib.Türkiyənin tanınmış QHT rəhbərlərinin, iş adamlarının, siyasətçilərinin iştirak etdiyi açılış mərasimində Nuru Paşanın böyük qardaşı, Osmanlı ordularının son baş komandanı Ənvər Paşanın nəvəsi Arzu Ənvər Əroğan, Azərbaycan Demokratik Respublikası ilk hökumətinin baş naziri Fətəli xan Xoylunun qardaşı, general Hüseynqulu xan Xoylunun nəvəsi Kərim Məhmətzadə, Nuru Paşanın həyat və fəaliyyətindən bəhs edən kitabın müəllifi Atilla Oral və başqaları çıxış ediblər. Qonaqlar Nuru Paşanın həm Bakının işğaldan azad edilməsi həm də Türk silah sənayesinin yaradılmasındakı rolundan danışıblar.

İstanbul bələdiyyəsinin qərarıyla salınan Nuru  Killigil parkında gələcəkdə tanınmış general və silah istehsalçısının heykəlinin qoyulması da planlaşdırılır. Parkın salınması üçün lazım olan bütün xərcləri İstanbul bələdiyyəsi çəkib. 







İstanbulda Nuru Paşanın adına salınmış parkın açılışı olub.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə