Obama ailəsi kirayə qaldığı evi satın aldı
ABŞ-ın 44-cü prezidenti Barak Obama və ailəsi kirayə qaldıqları evi satın alıblar.
Xeberinmerkezi xəbər verir ki, 11,75 milyon dollar dəyərində olan evin yeddi yataq otağı, səkkiz vanna otağı və okean mənzərəsi var.
Malikanə 2001-ci ildə inşa edilib.
Qeyd edək ki, Obama ailəsinin Çikaqo və Vaşinqtonda da evləri var.