Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Od çərşənbəsi: Gəncədə iki yeniyetmə yanıq xəsarətləri aldı

Dünən Gəncə şəhərində bir nəfər tonqal qalayarkən, daha bir nəfər isə tonqalın üzərindən atlanmaq istəyərkən ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

“Report”un məlumatına görə, öncə çərşənbə axşamı yandırılan tonqalın üzərindən tullanmaq istəyən 15 yaşlı Rəşad Abbasov ehtiyatsızlıqdan tonqala yıxılıb. O, yanıq xəsarətləri alıb.

Digər şəxs, 14 yaşlı Əli Mehdiyev isə tonqal qalayan zamanı ehtiyatsızlıqdan əl və üz nahiyələrindən yanıq xəsarətləri alıb.

Hər iki yeniyetmə xəstəxanaya yerləşdirilib və onların vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə