Ölkə silkələndi: 6,3 bal gücündə zəlzələ
İndoneziyada Şimali Sulavesi əyalətində 6,3 bal gücündə zəlzələ olub.
Xeberinmerkezi.az xəbər verir ki, yeraltı təkanlar Cənubi Bolaanq Monqondov bölgəsinə bağlı Bolanq Uki rayonunun 42 kilometr cənub-qərb sahillərində qeydə alınıb.
Məlumata görə, zəlzələ yerin 94 kilometr dərinliyində yaranıb.
Əyalətin Manado, Bitung, Minahasa bölgələrində hiss edilən zəlzələdə can itkisi və ya dağıntı barədə məlumat verilməyib.