Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ölümcül döyülərək yol kənarına atılan gənc qız öldü

Beyləqanda döyülərək yolun kənarına huşsuz vəziyyətdə atılan 18 yaşlı qız ölüb.

Yerli KİV-lər xəbər verir ki, Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı dünən koma vəziyyətində xəstəxanaya çatdırılıb.

Beyləqan Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, A.Quliyeva bu gün günorta saatlarında xəstəxanada vəfat edib.

Qeyd edək ki, qızın hansı şəraitdə və kim tərəfindən xəsarət alması hələ müəyyən edilməyib.

Fakt araşdırılır.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə