Ordumuz daha bir dünya reytinqində öndədir
Dünya ölkələrinin hərbi gücünə görə yeni reytinq cədvəli təqdim olunub.
Xeberinmerkezi.az xəbər verir ki, yeni reytinq cədvəlini “Qlobal Fayepover” hazırlayıb.
Reytinq cədvəlində ilk beşliyi ABŞ, Rusiya, Hindistan, Çin və Yaponiya tutub. Ondan sonrakı yerlərdə Cənubi Koreya, Fransa, Britaniya, Misir və Braziliya qərarlaşıb.
Azərbaycan siyahıda 64-cü yeri tutub.
Ermənistan isə 111-ci pillədə özünə yer edib.