Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ordumuz yalnız bu halda atəş açır - MN təkzib etdi

Etimadını itirmiş Ermənistan müdafiə nazirliyi öz çirkin əməllərindən əl çəkmir və yalan məlumatlar yaymaq məqsədilə müxtəlif üsullara əl atır.

Bu barədə Müdafiə Nazirliyindən mətbuat-ın sorğusuna cavab olaraq bildirilib.

"Ermənistan mətbuatı təxribatları ört-basdır etmək üçün yerli əhalinin adından istifadə edərək, guya dövlət sərhədi yaxınlığında törənən partlayış nəticəsində yanğının baş verməsi və bundan sonra Arazdəyən istiqamətində atəş açılması barədə məlumatlar yayır.

Bildiririk ki, bu tip məlumatların heç bir əsası yoxdur və dezinformasiyadır. Azərbaycan Ordusunun bölmələri tərəfindən yalnız qarşı tərəfin təxribatlarının qarşısını almaq və onları susdurmaq məqsədi ilə atəş açılır", - məlumatda deyilir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə