Pakistan Baş nazirinin BMT-də çıxışı Kəşmiri qarışdırdı
Pakistanın Baş naziri İmran Xanın BMT Baş Assambleyasının 74-cü sessiyasındakı çıxışından sonrakı 24 saat ərzində 23 etiraz aksiyayı baş tutub.
Xeberinmerkezi.az xəbər verir ki, Hindistan mediası Xanın çıxışından sonra Cammu Kəşmir vilayətinin paytaxtı Srinaqarda gecə 15, gündüz isə 8 etiraz aksiyasının keçirildiyini yazıb.
Etirazlar zamanı əhali ilə polis arasında qarşıdurma yaşandığı bildirilib.
Qeyd edək ki, Pakistan Baş naziri ötən gün BMT-dəki çıxışında Hindistanla Pakistan arasında müharibə başlaya biləcəyini söyləmişdi.