Parlamentdə “Sosial xidmət haqqında” Qanunla bağlı dinləmələr keçirilir
18-05-2017 | 12:38

Mayın 18-də Milli Məclisdə əmək və sosial siyasət komitəsi tərəfindən “Sosial xidmət haqqında” Qanunla bağlı dinləmələr keçirilir.
Komitə sədri Hadi Rəcəbli qəbul edilən Qanuna əsasən qrantlar vasitəsi ilə layihələrin icra olunmasına QHT-lərlə yanaşı, bələdiyyələrin də qoşula biləcəyini vurğulayıb.
H.Rəcəbli qeyd edib ki, dinləmələrin keçirilməsinə zəmin yaradan amillərdən biri qanunun yerlərdə icrası zamanı bəzi çətinliklərin meydana çıxmasıdır. Çünki qanunun icrası ilə bağlı istəklər çoxalıb, sosial xidmətlərin əhatə dairəsi genişlənib. Məqsəd qanunun daha işlək olmasını təmin etməkdir.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov çıxışında qeyd edib ki, bu qanun Azərbaycanda çətin həyat şəraitində yaşayan insanlara sosial xidmətlərin göstərilməsi məqsədi ilə qəbul edilib. Bununla bağlı bir çox tədbirlər həyata keçirilib.
Mayın 18-də Milli Məclisdə əmək və sosial siyasət komitəsi tərəfindən “Sosial xidmət haqqında” Qanunla bağlı dinləmələr keçirilir.